Qazaxıstanda keçirilən prezident seçkisinin ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faizi səs toplayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov deyib.
Onun sözlərinə görə, səsvermə iştirak edən 6 546 392 seçici Kasım-Jomart Tokayevə səs verib.
Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 6 namizəd mübarizə aparıb. Karakat Abdenə 206 206 (2,6 faiz), Nurlana Auesbayevaya 176 116 (2,22 faiz), Jiqulu Dayrabayevə 271 641 (3,42 faiz), Meyram Kacıkenə - 200 907 (2,53%), Saltanat Tursınbekoya isə 168 731 (2,12 faiz) seçici səs verib.
Səsvermədə iştirak edən seçicilərin 5,8 faizi, yaxud 460 484-ü bütün namizədlərin əleyhinə səs verib.