Suriya və İraqda yeni antiterror əməliyyatları: TÜRK ƏSGƏRİ DAYANMAYACAQ...
ŞƏRH

Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri bu günlərdə Suriya və İraqın şimalında yeni antiterror əməliyyatlarına başlayıb. Məlumata görə, antiterror əməliyyatı nəticəsində terrorçuların 89 yuvası darmadağın edilib. Aralarında xeyli “rəhbər şəxsin” olduğu çoxlu terrorçu məhv edilib. Əməliyyatda 70-ə yaxın F-16 və PUA iştirak edir.

 

Mövcud məlumatlara görə, antiterror əməliyyatlarına başlanılması barədə əmri Prezident Rəcəb Tayyib Ərdoğan verib. 

 

Antiterror əməliyyatları İstanbulun Taksim meydanında, İstiqlal prospektində törədilmiş terror aktından sonra başlandı. Araşdırma zamanı həmin terroru törədənlərin PKK ilə əlaqəli olduğu üzə çıxmışdı. Həmçinin şübhəli kimi saxlanılan Ahlam Albashır ABŞ-la əlaqələri barədə danışmışdı. 

 

Türkiyə rəsmiləri, o cümlədən Prezident Ərdoğan Taksim meydanındakı terror aktına münasibət bildirərkən demişdi ki, buna adekvat cavab veriləcək. Görünür, artıq “hesab vaxtı” çatıb...

 

İndi əsas suallardan biri proseslərin hansı ssenari ilə inkişaf edəcəyidir. 

Ərdoğan Suriya və İraqın şimalındakı yeni əməliyyatlar barədə danışarkən Rusiya və ABŞ-ı tənqid edib. O bildirib ki, Rusiya Suriyadakı və İraqdakı terrorçuların "təmizlənməsinə" kömək etməli idi, lakin bunu etmədi. 

 

Vaşinqtonun NATO daxilində Ankaranın müttəfiqi olduğunu xatırladan Ərdoğan söyləyib ki, buna baxmayaraq, sözügedən dövlət Suriya və İraqdakı terrorçuları texnika və silahla təmin edir: “Dəfələrlə həmkarlarıma mövqeyimi çatdırmışam. Əlbəttə, bir söz demirlər. Biz də lazım olanı özümüz elədik, eləməkdəyik, eləməyə davam edəcəyik”. 

 

Suriya və İraqdakı terrorçular iki gündür ki, Türkiyənin bir sıra ərazilərini, o cümlədən Qaziantepi atəşə tuturlar. Mülki şəxslər arasında ölənlər var. 

Bütün bunları nəzərə alsaq, Türkiyənin əməliyyatının yaxın vaxtlarda başa çatacağına inanmıram. Doğrudur, bu antiterror əməliyyatları ABŞ-ın ürəyincə deyil. Çünki Vaşinqton lazım gələndə həmin terror qruplaşmaları vasitəsilə Ankaraya təzyiq göstərməyə çalışır. Buna baxmayaraq, hətta Ağ Ev antiterror əməliyyatı ilə bağlı narazı mövqeyini bildirsə belə, Mehmetçik asanlıqla dayanmayacaq. 

 

Birincisi ona görə ki, Türkiyədəki terror hücumları hakimiyyətin bu mövzu ilə “səbr kasasını doldurub”. İkincisi, AK parti Taksimdəki terror aktı ilə bağlı qarşı tərəfə tutarlı cavab verəcətinə dair xalqa söz vermişdi. Üçüncüsü, Ərdoğan Rusiya və ABŞ-ı tənqid edərək əks-hücum əməliyyatlarının davam edəcəyini söyləyib. Dördüncüsü, mülki şəxslər arasında ölənlərin olması Türkiyəni terrorçuların bütün yuvalarını darmadağın etməyə məcbur edir. Əgər əks-hücum əməliyyatları yaxın vaxtlarda başa çatarsa, bu, prezident seçkiləri ərəfəsində hazırkı iqtidarın nüfuzuna mənfi təsir göstərə bilər. Odur ki, dediyimiz kimi, əməliyyatların yaxın vaxtda başa çatacağı gözlənilmir. 

Əksinə, hələ ki, hava məkanında davam edən əməliyyatların quruya da keçməsi mümkündür. Çox güman ki, Türkiyə Ordusu terrorçuların yuvalarını havadan məhv etdikdən sonra "qalıqları" məhz quru əməliyyatları vasitəsilə "təmizləyəcək". Və ya yaxın gələcəkdə hava və quru əməliyyatlarının paralel davam etməsi də mümkündür. 

 

Bütün hallarda Suriya və İraqdakı antiterror əməliyyatlarının miqyasının genişlənəcəyi gözləniləndir.

 

Kənan Novruzov, 

siyasi ekspert

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.