Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.
Senzor.az-ın məlumatına görə, hökumətin rəsmi xəbər agentliyi bildirib ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Bundan əlavə, ölkənin bütün tələbə və məktəbliləri də istirahət günü alıblar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.
Yeri gəlmişkən, bu, Argentina millisinin 1990-cı ildən sonra dünya çempionatının birinci matçında ilk məğlubiyyətidir. Belə ki, Argentina 1990-cı ildə keçirilən dünya çempionatına da məğlubiyyətlə başlamış və Kamerun yığmasına 0:1 hesabı ilə uduzmuşdu.
Yığma 2018-ci il dünya çempionatı istisna olmaqla, sonrakı bütün mundiallara qələbə ilə başlayıb. İslandiyaya qarşı son dünya çempionatının ilk oyunu isə heç-heçə (1:1) başa çatmışdı.