Bayden İrana qarşı bütün variantları nəzərdən keçirəcək

ABŞ Prezidenti Co Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

 

TASS bildirir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

Ondan Tehranın Fordodakı nüvə obyektində IR-6 sentrifuqaları kaskadından istifadə etməklə uranı 60%-ə qədər zənginləşdirməyə başlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirməsi xahiş olunub.

 

“Biz bu məlumatı görmüşük. Əmin etmək istəyirik ki, Birləşmiş Ştatlar Prezidentinin ixtiyarında bütün variantlar var. Şübhəsiz ki, biz mövqeyimizi dəyişməmişik və İrana nüvə silahı yaratmaq imkanı verməyəcəyik”, - deyə o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.