İran qvardiyası komandanının müavini etirazçıları hədələdi

“İğtişaş yaradanlara, təhdid edənlərə, ictimai əmlaka və şəxsi mülkiyyətə ziyan vuranlara, son hadisələrdə cinayət törədənlərə qarşı qətiyyətli mübarizə aparacağıq”.

 

Bunu İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) komandanının müavini general Əli Fədəvi “Fars” agentliyinə müsahibəsində deyib.

 

O, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin İsfahanda keçirdiyi görüşdə ölkədə davam edən etiraz aksiyaları ilə bağlı verdiyi bəyanata istinadən bildirib: 

“Biz düşmənin proqnozlaşdırdığı və təsəvvür etdiyi kimi deyil, öz vəzifələrimizi yerinə yetiririk. Bizim vəzifəmiz komandanımızın əmrini və tapşırıq şəraitinin tələblərini yerinə yetirməkdir”.

 

“Report” xatırladır ki, ötən həftə Seyid Əli Xamenei İsfahana səfər etmişdi. O, keçirdiyi görüşdə etiraz aksiyalarını “iğtişaş”, iştirakçıları isə “cinayətkar” adlandırmışdı. İranın ali rəhbəri bu “iğtişaş dalğasının yatırılması”nın vacibliyini bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.