Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronu vurulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.
Bildirilib ki, Ukraynanın cənubunda 5 ədəd “Lancet” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.