Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu gün Moldovaya səfər edəcək.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, səfər çərçivəsində Darçiaşvili Moldovanın icraedici və qanunvericilik orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Məlumata görə, İliya Darçiaşvilinin moldovalı həmkarı Niku Popesku ilə təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb.
Səfər çərçivəsində Gürcüstan və Moldova arasında ikitərəfli tərəfdaşlıq məsələlərinin, ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya gündəliyi və bu sahədə iki ölkənin sıx əməkdaşlığının müzakirə ediləcəyi bildirilib.