“Rusiyanın kritik mülki infrastruktura hədəflənmiş raket zərbələri müharibə cinayətləridir. Dünya ölkələri bu məsələyə münasibət bildirməlidir”.
Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb.
"Rusiyanın soyqırımı müharibəsi və terroruna kim, hansı səbəblə neytral qala bilər?”, - o qeyd edib.
Xatırladaq ki, noyabrın 23-də Rusiya ordusu Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoymuşdu.