Fransada Makronla bağlı təhqiqat başlandı

Fransada 2017-ci il seçkilərində ökə prezidenti Emmanuel Makronun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başlanılıb.

 

Bu barədə “Parisien” qəzeti məlumat yayıb.

 

Məlumata görə, ilkin istintaqı ölkənin Maliyyə Prokurorluğu aparır. İstintaq üç müstəntiqə, o cümlədən 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnerə həvalə edilib.

 

İlkin olaraq, Senatın hesabatından sonra mart ayında başladılan təhqiqat özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi ilə bağlı olub. Araşdırma digər məsələlərlə yanaşı, “McKinsey” şirkətinin Fransa ofisinin son on ildə vergi ödəmədiyini və 2018-2021-ci illərdə hökumətin konsaltinq xidmətlərinə görə ödənişinin orta hesabla iki dəfə artaraq ildə 1 milyard avroya çatdığını üzə çıxarıb. Məhz bu ilin mayında “McKinsey”in qərargahında aparılan axtarışdan sonra prokurorlar sırf maliyyə işinə “favoritizm” və “kampaniyanın qanunsuz maliyyələşdirilməsi” şübhələrini əlavə etmək qərarına gəliblər. İndi onlar Amerika firmasının hökumət müqavilələrinin verilməsində imtiyazlı mövqeyə malik olub-olmadığını araşdırmalıdırlar.

 

Qəzetin mənbələrinə görə, indiki mərhələdə müstəntiqlər yəqin ki, yalnız dövlət başçısının ətrafı ilə “McKinsey” arasında əlaqələrin mövcudluğundan xəbərdardırlar.

 

Eyni zamanda, “Le Monde” qəzetinin yazdığına görə, bu firmanın məsləhətçiləri 2017-ci il prezident seçkiləri zamanı Makronun kampaniyası üzərində çalışıblar və iddialara görə, hətta prezident partiyası və nazirliklərdə müəyyən vəzifələr tutublar. 

 

Fransa Prokurorluğu qəzetin məlumatını şərh etməkdən imtina edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.