Putin müharibədə ölən hərbçilərin analarına söz verdi

Rusiya Prezidenti Vladimir Putin bu gün Ukraynadakı müharibədə iştirak edən hərbçilərin anaları ilə görüşüb.

  

TASS xəbər verir ki, Putin görüşdə hərbçi analarına müraciət edib.

 

Prezident övladları müharibədə ölən analara əvvəlcə başsağlığı verib.

 

Sonra əmin edib ki, o və ölkənin bütün rəhbərliyi hərbi əməliyyatlar zamanı oğullarını itirmiş anaların ağrısını bölüşürlər.

 

“Oğullarını itirən analara başsağlığı verməklə bağlı heç bir rəsmi, standart sözlər deməyə dil dönmür, amma bilmənizi istəyirəm: şəxsən mən, bütün ölkə rəhbərliyi, biz bu ağrıya şərikik, başa düşürük ki, analar üçün oğlunu, övlad itkisini heç nə əvəz edə bilməz”, - deyə dövlət başçısı hərbi qulluqçuların analarına müraciət edib.

 

Putin söz verib ki, ölən hərbçilərin anaları özlərini unudulmuş hiss etməsinlər deyə, ölkə hakimiyyəti hər şeyi edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.