Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Müşavirədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitinin yekunları müzakirə edilib.
Bundan başqa, G20-nin yekunları və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə İstanbulda keçirdiyi görüş barədə fikri mübadiləsi aparılıb.