ÜST koronavirusla bağlı dünyaya çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı dünya ölkələrinə çağırış edib.

 

Senzor.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ÜST-nin sözçüsü Tarik Yaşareviç deyib ki, dünya ölkələri öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdırlar.

 

Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.

 

“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - T.Yaşareviç bildirib.

 

Qeyd edək ki, noyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirusa yoluxma halı və 6 606 624 ölüm hadisəsi qeydə alıb. 

 

Son günlər infeksiyaya ən çox yoluxma halı Yaponiyada, Koreya Respublikasında, Fransada və Çində olub.

 

Ümumilikdə isə dünyada son yeddi gün ərzində yoluxma halları əvvəlki həftə ilə müqayisədə 5% azalıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.