Qazaxıstanda yenidən etirazlar başladı – SAXLANILANLAR VAR
VİDEO

Qazaxıstanın paytaxtı Astanada etirazçılarla polislər qüvvələri arasında toqquşmalar olub.

 

“Smotri_Media” “Telegram” kanalı bildirir ki, ilkin məlumata görə, etirazlar hazırkı Prezident Kasım-Jomart Tokayevə qarşı keçirilir.

 

Yerli media Qazaxıstanın paytaxtında etiraz aksiyalarından bir neçə saat əvvəl internetin kəsidiyini yazıb.

 

Bəzi kanallar Astanada insanların 30 dərəcə şaxtaya baxmayaraq, mitinqə toplaşmağa başladığını və polis tərəfindən saxlanıldığını iddia ediblər.

 

Məsələn, "Vlast" nəşri yazıb ki, keçmiş "Meqa" ticarət mərkəzinin ərazisində bir qrup insan mərkəzə doğru yürüş etməyə çalışıb.

 

Qeyd edilib ki, aksiya o qədər də kütləvi olmayıb, onu yerli siyasi və iqtisadi hərəkatın üzvləri təşkil ediblər.

 

Son məlumatlara görə, baş tutmayan mitinqin keçirildiyi ərazidə artıq heç kim qalmayıb.

 

Bu arada ölkənin Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı məlumat yayıb. Bildirilib ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb. Ancaq qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var.

 

Senzor.az xatırladır ki, bu ilin yanvar ayında Qazaxıstanda 30 illik müstəqillik dövrü ərzində ən kütləvi küçə etirazları baş vermişdi. İğtişaşlar azı 225 nəfərin həyatına son qoymuşdu.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.