NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsinin əvvəlində NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina etdilər:
“Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya gündəmdədir. Hazırda NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir”.