Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə jurnalist Konstantin Andriyuk bildirib.
Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.
Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.