İsrail Müdafiə Qüvvələri (IDF) və ABŞ ordusu İrana zərbələr endirmək üçün bir sıra hava təlimləri keçirirlər.
Mk.ru bildirir ki, bu barədə İsrail hərbi idarəsi məlumat yayıb.
Məlumata görə, təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə İDF rəhbəri Aviv Koçavinin Vaşinqtona səfərindən sonra əldə olunub.
İlk manevrlər çərşənbə axşamı, noyabrın 29-da İsrail ərazisi və Aralıq dənizi üzərində baş tutub. Təlimlərdə İsrail və Amerika Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və tankerlər iştirak ediblər.
Onlar digər məsələlərlə yanaşı, “regional təhlükələr qarşısında” bir sıra ssenarilər də hazırlamalıdırlar.