ABŞ-ın keçmiş Prezidenti Bill Klinton koronavirusa yoluxub.
Bu barədə sabiq dövlət başçısının özü tviterdə yazıb.
“Xəstəliyin cüzi simptomları var. Özümü yaxşı hiss edirəm. İşlərimi evdən davam etdirirəm”, - o bildirib.
B.Klinton həmçinin koronavirusa qarşı peyvənd olunduğunu da xatırladıb: “Hətta buster dozanı da vurdurmuşam”.
Qeyd edək ki, B.Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.(“Report”)