İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə aviazərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri blokadada olan Qəzzada Fələstinin HƏMAS hərəkatının iki obyektinə zərbələr endirib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Aviçai Adrai Twitter hesabında məlumat verib.

 

Onun sözlərinə görə, qırıcılar HƏMAS üçün raketlərin istehsal edildiyi silah sexinə hücum ediblər.

 

Bundan əlavə, blokadada olan Fələstin anklavının cənubundakı tunel də hava hücumlarına məruz qalıb.

 

Hücum, ötən gecə Qəzzadan İsrailə raket atılmasına cavab olaraq həyata keçirilib.

 

Hava zərbələri nəticəsində ölən olmayıb, binalara maddi ziyan dəyib.

 

Eyni zamanda, HƏMAS-ın hərbi qanadı İzzadin əl-Qəssam Briqadalarının nümayəndələri İsrail ordusunun hava hücumlarına yer-hava tipli raketlərlə cavab verdiklərini bildiriblər.

 

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından raket buraxılışı barədə məlumat vermiş, hava hücumundan müdafiə sisteminin işə düşmədiyini bildirmişdi.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.