Rusiya Liviyada yenidən səfirlik açmağı planlaşdırır

Rusiya tərəfi ilin sonuna qədər Liviyada yenidən səfirlik açmağı planlaşdırır.


TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O bildirib ki, işlər, demək olar, yekunlaşıb və vaxt daralır.


"Biz səfirliyin mümkün qədər tez işləməsində maraqlıyıq. Namizədimiz təyin olunub. Hazırda Liviya hökumətindən rəsmi razılıq gözləyirik. Diplomatlarımızı oraya göndərmək və Tripolidəki səfirliyimizin işini bərpa etmək üçün işlər yekun mərhələdədir”, - deyə Boqdanov əlavə edib.


Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Liviyadakı səfirliyi təxminən 60 nəfərdən ibarət silahlı qrupun hücumuna məruz qalıb. Hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəymişdi. Mühafizə xidmətinin açdığı atəş nəticəsində hücum edənlərdən 2 nəfəri öldürülmüş, 5 nəfər isə yaralanmışdı. Hadisədən sonra Rusiya bütün diplomatlarını ölkədən çıxarmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.