Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənn maliyyə nazirləri Belçikanın paytaxtı Brüsseldə görüş keşiriblər.
İclasda Aİ birlik fondu tərəfindən Macarıstana ayrılan 7,5 milyard avroluq vəsaitin dondurulması, bu ölkəyə koronavirusla mübarizədə dəstək üçün ayırılan 5,8 milyard avroluq vəsait müzakirə edilib.
Həmçinin, gələn il Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketi kimi məsələlərə də baxılıb.
Macarıstanın maliyyə naziri Mihaly Varga toplantıda “Macarıstan maliyyə tənzimləməsinin dəyişdirilməsinin tərəfdarı deyil” sözlərini işlədərək Aİ-nin Ukraynaya dəstək paketinə veto qoyub.
Macarıstanın vetosundan sonra heç bir irəliləyiş əldə edə bilməyən Aİ-nin maliyyə nazirləri, korporativ vergi islahatı ilə bağlı beynəlxalq səviyyədə dəstəklənən saziş də daxil olmaqla, üç əsas səsverməni təxirə salmaq qərarına gəliblər.
APA-nın məlumatına görə, iclasdan sonra verdiyi açıqlamada Aİ-nin Dövriyyə Başçısı, Çexiyanın maliyyə naziri Zbynek Stanjura Ukraynaya 18 milyard avroluq maliyyə dəstəyi paketinin təsdiqlənmədiyini bəyan edib.