AFR-də dövlət çevrilişi hazırlığı - 25 NƏFƏR SAXLANILDI

Almaniyanın hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaq şübhəsi ilə 25 nəfəri nəzarət altına alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Almaniyanın Baş Prokurorluğu məlumat yayıb.

 

Məlumata görə, saxlanılan şəxslərdən 22-si terror təşkilatı yaratmaqda, aralarında Rusiya vətəndaşının da olduğu üç nəfər isə onları dəstəkləməkdə ittiham olunur. 

 

Sağ radikallara məxsus 130 müxtəlif ev və mənzildə axtarış aparılıb, həmçinin daha 27 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

 

Həbslər Baden-Vürtemberq, Bavariya, Berlin, Hessen, Saksoniya, Aşağı Saksoniya, Türingiya federal əyalətlərində, həmçinin Avstriyanın Kitsbüel və İtaliyanın Peruca şəhərlərində həyata keçirilib.

 

Baş Prokurorluq şübhəlilərin oxşar hökumət strukturları və hərbi qanadı olan Şura yaratdığını, həmçinin sıralarına Bundesver və polis əməkdaşları arasından yeni tərəfdarlar cəlb etməyə çalışdığını bildirib. Onlar eyni zamanda, dövlət çevrilişi cəhdi zamanı Bundestaqa hücum etməyi də planlaşdırıblar.

 

Bu arada məlum olub ki, Almaniyada dövlət çevrilişinə hazırlıqla bağlı saxlanılanlar arasında Almaniya üçün Alternativ Partiyasından (AfD) Bundestaqın keçmiş deputatı, hazırda Berlində hakim olan Bircit Malzak-Vinkelman da var.

 

Berlinin ədliyyə senatoru Lena Krek bildirib ki, hazırda şübhəlinin hakim kimi işindən uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə olunur.

 

58 yaşlı Malzak-Vinkelman 2017-2021-ci illərdə Bundestaqın üzvü olub. 2022-ci ilin mart ayında o, Berlin Rayon Məhkəməsində hakim vəzifəsinə qayıdıb.

 

Məlumata görə, siyasətçi idman atıcısıdır və bir neçə odlu silaha malikdir. Malzak-Vinkelmann Bundestaqın deputatı olduğu üçün o, Almaniya parlamenti binasının planı ilə tanışdır və bu planla çevrilişə hazırlayanları da tanış edib.

 

Bildirilir ki, mümkün çevriliş zamanı parlamentin məhz silah gücünə ələ keçirilməsi nəzərdə tutulubmuş...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.