NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna müharibəsinin nəzarətdən çıxa biləcəyindən ehtiyat edir.
Baş katib NRK televiziyasına müsahibəsində bildirib ki, bu müharibə Rusiya ilə Alyans arasında müharibəyə çevrilə bilər.
Stoltenberqin fikrincə, tammiqyaslı müharibənin ola biləcəyinə şübhə yoxdur. Lakin Avropa ölkələrinin cəlb ediləcəyi müharibədən qaçmaq lazımdır: “Və mən əminəm ki, biz bundan qaça biləcəyik”.