Saakaşvilinin həbsdən fotosu yayıldı
VİDEO

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsdən fotosu yayılıb.

 

Senzor.az bildirir ki, fotonun Saakaşvilinin müalicə aldığı "Vivamed" klinikasından çəkildiyi deyilir.

 

Yerli mətbuat onun ciddi miqdarda çəki itirdiyini bildirir. Bundan əvvəl Saakaşvilinin zəhərləndiyi barədə məlumatlar da yayılıb.

 

Qeyd edək ki, 2003-2012-ci illərdə Gürcüstan prezidenti olmuş M.Saakaşvili bu il oktyabrın 1-də Tbilisidə saxlanılıb. Ötən ay onun səhhəti pisləşib. Onda qızdırma və iştahsızlıq əmələ gəlib, çəkisini sürətlə itirdiyi, əzələlərində ağrı və atrofiya qeydə alınıb. Saakaşvilinin saç nümunəsinin toksikoloji müayinəsi zamanı orqanizmdə həddindən artıq civə və digər ağır metallar aşkar edilib.

 

Vəkillər Saakaşvilinin multidissiplinar klinikada müalicəyə ehtiyacı olduğunu bildirir və onun müalicə üçün xaricə göndərilməsini tələb edirlər.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.