Putindən növbəti nüvə xəbərdarlığı
"RUSİYA QABAQLAYICI ZƏRBƏ ENDİRƏ BİLƏR"

"Rusiya qabaqlayıcı nüvə zərbəsi endirə bilər". 

 

Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan sammitindən sonra jurnalistlərə açıqlamasında bu məsələnin hərbi doktrinaya salınmasının mümkünlüyündən danışarkən deyib.

 

“Əgər biz silahsızlaşdırma zərbəsindən danışırıqsa, bəlkə elə amerikalı tərəfdaşlarımızın yanaşmalarından istifadə edək” deyən Putin, ABŞ-ın qabaqlayıcı zərbə məqsədilə yüksək dəqiqlikli raketlərdən istifadə strategiyasına eyham vurub.

 

Rusiya Prezidenti bir müddət əvvəl ölkəsinin nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcəyini demişdi.

 

O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirmişdi ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.

 

“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir. Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – Putin demişdi.

 

Azvision.az xatırladır ki, Rusiya artıq “Xəncər” hisepsonik raketini sınaqdan keçirib. “Avanqard” adlı yeni silahı isə bir neçə aya işə salınacaq.

 


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.