Almaniyanın Drezden şəhərində yerləşən “Radio Dresden” radiostansiyasına silahlı hücum olub.
Bu barədə “Radio Dresden” internet səhifəsində məlumat yayılıb.
Hazırda şəhər mərkəzi polis tərəfindən nəzarətə götürülüb. İlkin məlumata görə, silahlı insident zamanı bir qadın (70 yaş) öldürülüb.
Radiostansiyaya hücum edən şəxs atəş açdıqdan sonra yaxınlıqdakı ticarət mərkəzində gizlənib. Radiostansiyadan verilən məlumata görə, şirkətin əməkdaşları artıq təhlükəsiz yerdədir.
Ticarət mərkəzində gizlənən şəxsin bir neçə nəfəri girov götürməsi barədə məlumatlar var.
Polis tərəfindən hazırda lazımi tədbirləri həyata keçirir və ticarət mərkəzində olanların təhlükəsizliyini təmin etmək üçün addımlar atılır.(APA)