Sovet kəşfiyyatçısı Georgi Sannikov 94 yaşında vəfat edib.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun rəhbəri Sergey İvanov bildirib.
Georgi Sannikov 1929-cu ildə Yekaterinburqda fəhlə ailəsində anadan olub.1944-1947-ci illərdə Kiyev Hərbi Hava Qüvvələri Xüsusi Məktəbinin kursantı olub. 1952-ci ildə Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Ukrayna SSR dövlət təhlükəsizlik orqanlarına göndərilib.
Qərbi Ukraynada silahlı millətçi yeraltı qalıqlarının ləğvində və Ukrayna Millətçiləri Təşkilatının xarici mərkəzlərinə və Qərbin məxfi xidmətlərinə nüfuz etmək üçün sovet əks-kəşfiyyatının operativ radio oyunlarında iştirak edib.
Sannikov Moskvada DTK kəşfiyyat məktəbində oxuduqdan sonra (1956-1958) iki dəfə xarici kəşfiyyat xətti ilə Almaniyaya xaricə uzunmüddətli ezamiyyətlərə gedib. İnformasiya mənbələrinin əldə edilməsində müsbət nəticələr əldə edib. Dəyərli agentlərlə işləyib. 1970-1971-ci illərdə Qərbi Berlin üzrə dördtərəfli danışıqlarda iştirak edib. 1977-ci ildən təqaüdə çıxıb.(AzVision.az)