Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
Hazırda Rusiya polisi hadisəni araşdırır. Mənbə hadisənin ötən həftə baş verdiyini bildirib. Fransa səfirliyi Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Bağlama Notarianni adlı şəxsin adından göndərilib.