Bazar ertəsi Belçika polisi korrupsiya ilə bağl təhqiqat çərçivəsində Avropa Parlamentinin Brüsseldəki binasında axtarış aparıb.
Bu barədə eurointegration.com.ua məlumat yayıb.
Axtarışın təfərrüatları açıqlanmayıb, lakin bildirilib ki, bu, artıq qeyd edilən iş üzrə dörd gün ərzində aparılan iyirminci axtarışdır.
Xatırladaq ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Yeva Kayli və İtaliyadan olan keçmiş deputat Pyer-Antonio Panzeri həbs edilib.
Həmçinin, federal prokurorluğun antikorrupsiya əməliyyatı çərçivəsində son aylarda Qətəri açıq şəkildə dəstəkləyən belçikalı Avropa Parlamentinin üzvü Mark Tarabellinin evində axtarış aparılıb.