Futbol üzrə dünya çempionatı çərçivəsində Mərakeşlə keçirilən yarımfinal matçından sonra Fransanın Paris, Nitsa və Monpelye şəhərlərində iğtişaşlar yaşanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, küçələrə axışan fransalı azarkeşlərlə mərakeşlilər arasında toqquşma olub.
Fransızlar mərakeşli azarkeşləri “Ərəblər, rədd olun!” və "Biz öz evimizdəyik” şüarları ilə təqib ediblər.
Monpelyedə toqquşmalarda zərərçəkənlərin olduğuna dair məlumat yayılıb.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununda Fransa yığma komandası Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.