Amerikanın Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinin meri Oskar Lizer miqrantlarla əlaqədar fövqəladə vəziyyət elan edib.
Bu barədə “RİA Novosti“ məlumat yayıb.
Şəhər rəhbərinin sözlərinə görə, federal tərəfdaşlarla söhbətində ona çərşənbə günü (dekabrın 21-də) miqrantların sayının 2,5 mindən 6 minə qədər artacağı bildirilib.
“Bunun öhdəsindən gələ biləcəklərini soruşduqda, cavab yox idi. Belə bir vəziyyət dərhal hərəkətə keçməli olduğum anlamına gəlirdi”, - deyə Liser bildirib.
İzah edilib ki, fövqəladə vəziyyət hazırkı duruma cavab vermək üçün əlavə resurslar cəlb etməyə imkan verəcək. Bu əsasən miqrantlar üçün sığınacaqlara və hüquq-mühafizə orqanlarının işini təmin etməyə şərait yaradacaq.
Agentlik bildirir ki, şəhərin küçələrində sıfır və mənfi temperaturda açıq havada yatan miqrantların sayı artıb.