Papa Fransisk hesab edir ki, Ukraynadakı münaqişə “dünya müharibəsidir” və tezliklə bitməyəcək.
O, bu fikri bazar günü İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
“İndi Ukrayna prezidenti Vladimir Zelenski üçüncü dəfədir ki, dini müşavirlərindən birini mənim yanıma göndərir. Mən əlaqə saxlayıram, qəbul edirəm, kömək edirəm”, - deyə pontifik bildirib.
“Mən qısa müddətdə münaqişənin sonunu görmürəm, çünki bu, dünya müharibəsidir” deyə söhbətə davam edib.
"Artıq müharibədə bir neçə əl var" deyən Frensis hesab edir ki, "bir çox maraqlar var".(APA)