Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri gözlənilir.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində V.Zelenskinin Ağ Evdə Co Baydenlə görüşü planlaşdırılır.
Daha sonra Ukrayna Prezidenti Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.
Qeyd olunur ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin ilk xarici səfəri olacaq.