Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evə gəlib.
Senzor.az bildirir ki, onu ABŞ Prezidenti Co Bayden və ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıblar.
Sonra Ukrayna Prezidenti ilə ABŞ Prezidenti arasında görüş olub.
Prezidentlər Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək əməkdaşlığı müzakirə ediblər.
**23:52 (21.12.2022)
Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerikaya rəsmi səfəri başlayıb.
Bu barədə CBS xəbər yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti Cozef Bayden Zelenski ilə yerli vaxtla saat 14:00-da Ağ Evdə görüşəcək, bundan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
Spiker Nensi Pelosinin ofisi bildirib ki, Zelenski daha sonra yerli vaxtla saat 19:30-da Konqresin birgə iclasında çıxış edəcək.
Xarici KİV-in yazdığına görə, ABŞ-dan sonra Ukrayna Prezidenti Böyük Britaniya, Fransa və Almaniyaya da səfər edə bilər.