Netanyahu yeni hökuməti formalaşdırdı
“BACARDIM!”

İsraildə “Likud” Partiyasının sədri Benyamin Netanyahu yeni hökuməti formalaşdıra bilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu B.Netanyahu “Tvitter”də yazıb.

 

Netanyahu, ifrat sağçı koalisiya tərəfdaşları ilə həftələrlə davam edən çətin danışıqlardan sonra yeni İsrail hökumətinin qurulması ilə bağlı sövdələşmə əldə edə bilib.

 

“Hökumət qurmağı bacardım”, - o bildirib.

 

Dövlət başçısının ofisi Baş nazirin bildirişini aldığını təsdiqləyib.


Qeyd edək ki, noyabrın 1-də İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, parlamentdə birinci yeri 32 yerlə “Likud” partiyası tutub. Ümumilikdə isə “Likud” partiyasının rəhbərlik etdiyi sağçı və dini qüvvələr bloku Knessetdə 64 mandat əldə edib və bu səbəbdən ölkə Prezidenti İsxak Hersoq yeni kabineti formalaşdırmaq mandatını Benyamin Netanyahuya verib.

 

Netanyahunun kabineti formalaşdırmaq üçün 28 gün vaxtı olsa da, İsxak Hersoq bu müddəti 14 gün uzatdı. Sonra İsrail Prezidenti Benyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.