Rusiya Prezidenti Vladimir Putin İsrailin “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Putin Netanyahu ilə beynəlxalq vəziyyəti müzakirə edib.
Qeyd olunur ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini də nəzərdən keçiriblər.
“Rusiya-İsrail münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və müxtəlif səviyyələrdə təmasların davam etdiriləcəyinə qarşılıqlı inam ifadə olunub”, - deyə məlumatda bildirilir.