ABŞ-dan Polşa vasitəsilə qayıdan Ukrayna Prezidenti Volodimir Zelenski yerli həmkarı Anjey Duda ilə görüşüb.
Bu barədə cümə axşamı Ukrayna dövlət başçısının rəsmi “Telegram” kanalı məlumat yayıb.
“Evə gedərkən mən Ukraynanın dostu, Polşa Prezidenti Anjey Duda ilə görüşdüm. Biz ilin yekunlarını, gələcək üçün strateji planları, ikitərəfli münasibətləri və 2023-cü ildə beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyəti müzakirə etdik”, - məlumatda deyilir.
Qeyd edək ki, dekabrın 21-də Zelenski ABŞ Prezidenti Co Baydenin dəvəti ilə Vaşinqtonda olub. Dövlət başçısı Konqres rəhbərliyi ilə görüşüb və orada çıxış edib.