Tatarıstan prezidenti postunun adı dəyişdirilib.
Bu barədə "Vedomosti" məlumat yayıb.
Dövlət Şurasının iclasında Rəyasət Heyəti respublika rəhbərinin vəzifəsinin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Bundan sonra Tararıstan rəhbəri rəis adlanacaq.
Parlament aydınlaşdırıb ki, rəis ərəb və bir sıra digər şərq dillərində prezident titulunun adıdır.
Rusiya Federasiyası Tatarıstan Respublikasının hazırkı rəhbəri Rüstəm Minnixanovdur.
Bundan sonra onu belə təqdim edəcəklər - Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov.