Bu gün Fransanın paytaxtı Parisdə - Kürd Mədəniyyət Mərkəzinin yaxınlığında silahlı şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.
Senzor.az-ın məlumatına atışmanı törədən şəxs saxlanılıb. Həmin şəxsin 2021-ci ildə miqrant mərkəzinə hücum etdiyi üçün mühakimə olunduğu iddia edilir.
"Yaşlı bir ağ kişinin içəri girib atəş açmağa başladığını, sonra Kürd Mədəniyyət Mərkəzində atəş açdığını, daha sonra isə yaxınlıqdakı bərbərxanaya getdiyini gördük", - deyə cinayətkarın hücumuna məruz qalan restoranın işçisi bildirib.
Sonra atışma baş verən yerdə toplaşmış kürd icmasının üzvləri ilə asayiş keşikçiləri arasında əlbəyaxa dava baş verib, 5 polis əməkdaşı yaralanıb. Buna cavab olaraq polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bir nəfər saxlanılıb.
Fransanın daxili işlər naziri Gerald Darmanen bildirib ki, atəş açanın hədəfi açıq-aydın əcnəbilər olub: “Lakin onların məhz kürdlər olmasını hələlik dəqiq demək olmaz. Hadisənin motivləri araşdırılır”.
Senzor.az