Niderland parlamentinin üzvləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasını istəyir.
TASS xəbər verir ki, ötən gün keçirilən səsvermədə deputatların əksəriyyəti bu təklifi dəstəkləyib.
Məsələ ilə bağlı yekun qərarı ölkə hökuməti qəbul etməlidir.
Qeyd edək ki, bu ayın əvvəlində Avropa İttifaqı günahsız insanlara münasibətdə zorakılığa və edamlara görə SEPAH-a qarşı sanksiyalar tətbiq edib. ABŞ isə artıq 2019-cu ildə korpusu terrorçular siyahısına daxil edib.