Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.
Bu barədə "Zambia 24" xəbər portalı məlumat yayıb.
Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.
Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.
Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.(AzVision.az)