Əfqanıstanın paytaxtı Kabil şəhərinin Dar-ül-Aman bölgəsində partlayış baş verib.
Bu barədə "Aamaj news" agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ölən və xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Dar-ül-Aman küçəsində Rusiyanın Əfqanıstandakı səfirliyi yerləşir. “Taliban” hələlik partlayışla bağlı xəbərləri şərh etməyib.
Onu da xatırladaq ki, Kabildə əfqanların viza ilə bağlı müraciət etmək üçün növbəyə durduğu Rusiya səfirliyinin konsulluq bölməsinin girişi yaxınlığında sentyabrın əvvəlində də partlayış baş vermişdi. Nəticədə ikisi diplomatik nümayəndəliyin əməkdaşı olmaqla altı nəfər həlak olmuşdu.