Filippində leysan yağışlar zamanı yaranan daşqınlar nəticəsində 6 nəfər ölüb, 19 nəfər itkin düşüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
TASS xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura bildirib.
Məlumata görə, daşqınlar ölkənin 5 rayonunda 100,6 mindən çox insana ziyan vurub.
Bildirilib ki, 44,6 min nəfər 27 təxliyə mərkəzinə köçürülüb. Lakin 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlumata görə, dörd rayonda 31 daşqın hadisəsi qeydə alınıb.
İnformasiyaya əsasən, daşqın nəticəsində 94 avtomobil yoluna ziyan dəyib, onlardan 14-ü keçilməz haldadır. 36 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınsa da, 31 şəhərdə artıq bərpa olunub. İlkin məlumatlara görə, 48 evə ziyan dəyib.(“Report”)