Serbiya ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

Ali Baş Komandan, Prezident Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

 

"Serbiya Prezidenti Ali Baş Komandan kimi ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib”, - deyə nazir qeyd edib.

 

Eyni zamanda, ölkənin daxili işlər naziri Bratislav Qasiç Daxili İşlər Nazirliyi qüvvələrinin də tam döyüş hazırlığına gətirildiyini açıqlayıb.


Xatırladaq ki, “Kvinta” ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ, Fransa) səfirləri dünən Serbiya Prezidenti Aleksandr Vuçiçə məktubla müraciət edərək, Kosovonun şimalında və Metohiyada qurulan barrikadaların 24 saat ərzində yığışdırılmasını tələb ediblər.

 

NATO dövlətləri Serbiya liderini əmin ediblər ki, barrikadalar göstərilən müddətdə aradan qaldırılmasa, o zaman tanınmamış Kosovo Respublikasının baş naziri Albin Kurti baş verənlərlə özü məşğul olacaq.

 

Onu da xatırladaq ki, dekabrın əvvəlində keçmiş polis zabiti Deyan Pantiçin terrorçuluq şübhəsi ilə “Yarin” sərhəd-keçid məntəqəsində saxlanmasından sonra serblərin Kosovonun şimalında və Metohiyada barrikadalar qurmağa başladığı məlum olmuşdu...

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.