Yaponiyanın şimal və qərbində ötən həftə başlayan güclü qar nəticəsində 17 nəfər ölüb, daha 110 yapon xəsarət alıb.
Yerli KİV-in yazdığına görə, bu barədə Milli İşlər Nazirliyinin yanğınsöndürmə idarəsindən məlumat verilib.
Məlumata görə, Yaponiyaya güclü qar dekabrın 17-dən etibarən yağmağa başlayıb. Artıq dekabrın 26-da təkcə Yamaqata prefekturasında qarın hündürlüyü 169 santimetrə çatıb.
Bundan əlavə, yağıntı elektrik enerjisinin kəsilməsinə səbəb olub. Niiqata prefekturasında 1000-ə yaxın ev bir həftədən çoxdur ki, işıqsız qalıb.