Fəxri Roma Papası statusu daşıyan XVI Benediktin səhhəti son saatlarda pisləşib.
TASS xəbər verir ki, bu barədə çərşənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.
Onun sözlərinə görə, XVI Benediktin durumu yaşı ilə əlaqədardır.
“Roma Papası Fransisk onun üçün dua edilməsini xahiş edib. O, daim həkimlərin nəzarətindədir”, - bildirilib.
Xatırladaq ki, almaniyalı kardinal, görkəmli ilahiyyatçı Yozef Ratsinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah etmişdi. O, Vatikanda yaşayır.(“Report”)