Türkiyənin cənub-şərqində partlayıcılarla terror aktı hazırlayan 5 terrorçu saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, saxlanılanlar təlimatları İrandan alıblar.
Nazirin açıqlamalarına görə, saxlanılan şəxslərin ev və iş yerlərində axtarışlar zamanı tapança, 2 qumbara, 1 səsboğucu, 2 patron darağı, 1 radio, çoxlu sayda digər silahlar aşkar edilib.
Həmçinin, bomba istehsalında istifadə edildiyi güman edilən materiallar və metal toplar, yaddaş kartları, telefonlar, sim kartlar, fleş disklər, təşkilati sənədlər ələ keçirilib.
Hazırda Van Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində saxlanılan şəxslərin istintaqı davam edir.