Moldova Ukrayna ilə sərhədin bir hissəsini bağlayıb.
Bu barədə Moldova sərhəd polisinin Telegram kanalında məlumat verilib.
Bildirilib ki, sərhəd polisi təhlükəsizlik məqsədilə sərhədin Moldova-Ukrayna hissəsində bütün nəzarət-buraxılış məntəqələrinin işini dayandırıb.
Sürücülərə həmçinin yaxınlıqdakı digər keçid məntəqələrini seçmək və ya hətta Ukraynaya səfərlərini təxirə salmaq tövsiyə olunub.(AzVision.az)