Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid raket Belarus ərazisinə düşüb.
Bu barədə “BELTA” məlumat yayıb.
"Bu gün səhər saat 10:00-11:00 aralığında Ukrayna ərazisindən S-300 sistemi vasitəsilə atılan raket Belarus ərazisinə düşüb", - məlumatda deyilir.
Həmçinin əlavə olunub ki, yaranmış fövqəladə vəziyyətlə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko məlumatlandırılıb.