İsrail parlamenti (Knesset) 1 noyabr seçkilərinin nəticələrinə əsasən, “Likud” partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib.
TASS xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.
Elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib və nazirlərin andiçmə mərasimi baş tutub.