Rusiya hərbçilərinə təlim keçən və İranın kamikadze dronlarının uçuşunu koordinasiya edən bir qrup iranlı təlimatçı Belarusda görüntülənib.
Rbc.ua bildirir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Məlumata görə, aralarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinin də olduğu bir qrup iranlı Qomel vilayətinin Mikuliçi kəndində görünüb.
Belarus partizanlarının fikrincə, məhz onlar Kiyevdə və Ukraynanın digər vilayətlərində infrastruktur obyektlərinə “Şahed” dronlarının hücumlarını koordinasiya edirlər.
İranlı hərbçilərin Rusiya Milli Qvardiyaçıları və Federal Təhlükəsizlik Xidməti (FSB) zabitlərinin ciddi mühafizəsi altında olduqları bildirilir.